Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edir. TQDK-dan SİA-ya verilən məlumata görə, ixtisas seçimi sentyabrın 9-dan sentyabrın 12-dək internet vasitəsi ilə aparılır. Müsabiqədə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, boş qalmış plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB