Təhsil müəssisələrinə qeydiyyat başa çatdı

Təhsil müəssisələrinə qeydiyyat başa çatdı

Azərbaycanda 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Məlumat üçün bildirək ki, qeydiyyat müddəti avqustun 29-dan başlanıb və bu gün saat 17:00-dək davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə