TQDK-da bir ilk DİQQƏT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ilk dəfə olaraq, 11 illik bazadan orta ixtisas məktəblərinin boş qalan plan yerləri üçün yenidən müsabiqə elan edəcək. SİA-nın xəbərinə görə, TQDK-nın şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 11 illik bazadan orta ixtisas məktəblərinə aparılan ilk yerləşdirmənin nəticələri əsasında 1000-ə yaxın plan yeri boş qalıb: "Bununla bağlı gələn həftə ərzində boş qalan plan yerlərinə ixtisas seçimi jurnalı dərc ediləcək. Əlavə yerləşdirmədə müsabiqəyə buraxılan, lakin məktəbə qəbul oluna bilməyən abituriyentlər iştirak edə biləcəklər.

Natiq Əliyev deyib ki, ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatır. Əgər 9 illik təhsil bazasında da orta ixtisas təhsili müəssisələrinə boş qalan plan yerlərinin sayı çox olsa, onda bu məktəblərə də yenidən əlavə yerləşdirmə aparıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə