Abituriyentlərin orta ixtisas məktəblərinə qeydiyyatı başa çatır DİQQƏT
2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı bu gün saat 17:00-da başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, qeydiyyat müddəti uzadılmayacaq.
Həmin vaxta qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB