Lənkəranda rayon təhsil işçilərinin konfransı keçirilib. Konfransda ötən tədris ilində görülən işlərin yekunu, yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə,Heydər Əliyev mərkəzində baş tutan konfransı Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova açıb.
Bildirib ki, Lənkəran rayonunda təhsilin inkişaf dinamikası ötən illərə nisbətən sürətlənib. Təhsilin keyfiyyətinin artırılması məqsədilə kənd məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir. Son 10 ildə Lənkəranda bir tipli layihə əsasında 27 məktəb binası, 4 məktəb üçün əlavə korpus tikilib, Osman Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi, şəhər 3,4,5 saylı tam orta məktəbləri, şəhər 17 saylı uşaq bağçası yüksək standartlar səviyyəsində təmir olunub. Təkcə bu il rayonun Vilvan kəndində 640 yerlik üçmərtəbəli, ucqar dağ kəndi olan Bəlitonda 220 yerlik məktəb binası, şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik bina tikilib və yeni dərs ili ərəfəsində istifadəyə veriləcək. Konfransın gedişi zamanı rayonda təhsil sahəsində mövcud çatışmazlıqlar müzakirə edilib. Bildirilib ki, keçən ilin sentyabrında Nazirlər Kabinetinin komissiyası Lənkəranda 114 təhsil müəssisəsi binasına baxış keçirib, qəzalı vəziyyətdə olan bunalar müəyyənləşdirilib. Rayonda daha 10 məktəbin tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaqdır. Konfransda o da diqqətə çatdırılıb ki, hazırda Lənkəranda 51 məktəbəqədər təhsil müəssisəsi, 2 məktəb – bağça kompleksi, 89 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Təhsil müəssisələrində 28 min 303 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3676 müəllim, bağçalarda 2900 uşağın təlim-tərbiyəsi ilə 413 nəfər tərbiyəçi məşğul olur.
Qeyd olunub ki, bu il rayon üzrə ali təhsil müəssisələrinə sənəd verən 406 abituriyentdən 216-sı tələbə adını qazanıb və iki nəfər 600-dən yuxarı bal toplayıb.
Sonda təhsildə fərqlənən bir qrup pedaqoq və şagird fəxri fərmanla təltif olunublar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB