Təhsil naziri Yaponiya səfirini qəbul edib

Təhsil naziri Yaponiya səfirini qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabeni qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Yaponiya arasında təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Təhsil naziri birgə layihələrin həyata keçirilməsində, xüsusilə də Şəki şəhəri 1 nömrəli Peşə Məktəbinin əsaslı təmiri, maddi-texniki bazasının yenilənməsi işində Yaponiyanın maliyyə yardımını və müvafiq mütəxəssislərinin dəstəyini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin ölkələr arasında təhsil sahəsindəki əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə