Abituriyentlərin ali məktəblərə qeydiyyatı başa çatdı

Abituriyentlərin ali məktəblərə qeydiyyatı başa çatdı

Cari ildə ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən məlumata görə, bu il ali məktəblərin boş qalan plan yerlərinə 938 nəfər qəbul olunubvə ayrılan müddət ərzində onların 732 nəfəri (78%) qeydiyyatdan keçib. Tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə isə 8243 nəfər qəbul olub. Onlardan 7248 nəfəri (87,93%) ayrılmış müddət ərzində daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub. Ayrılmış müddət ərzində 32 701 nəfər (96,75%) qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə