Təhsil Nazirliyində daha bir struktur dəyişikliyi olub

Təhsil Nazirliyində daha bir struktur dəyişikliyi olub

Sentyabrın 2-də Təhsil Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi və Ümumi şöbə ilə İctimaiyyətlə əlaqə şöbəsi birləşdirilib.

Uyğun olaraq, nazirlikdə Məktəbəqədər və ümumi təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və İnformasiya şöbəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə