Təhsil Nazirliyi ümumvətəndaşlıq pasportu almaq istəyən yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarına müraciət edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" dövlət başçısının fərmanına əsasən, 2 sentyabr tarixindən etibarən Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırıb. Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış hər bir vətəndaş bilavasitə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB