Göygöl rayonunda ənənəvi sentyabr konfransı keçirilib FOTOLAR

Göygöl rayonunda ənənəvi sentyabr konfransı keçirilib FOTOLAR

Göyöl rayonunda ənənəvi sentyabr konfransı keçirilib. SİA-nın Qərb bürosunun verdiyi xəbərə görə, tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, eləcə də Rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri və bir sıra səılahiyyətli şəxslər iştirak edib.

Tədbirdə çışıx edən rayon Təhsil Şöbəsinin rəisi Elbrus Atayev bildirib ki ötən tədris ili uğurlu nəticələrlə yadda qalıb.11 ci sinifi bitirən 400 nəfər respublikanın ali təhsil müəssisələrinə sənət verib ki, bunlardan da 180-i tələbə adını qazanıb. Mənzunlardan 25 nəfər 500-dən, 8 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Rayondan 2 nəfər ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olub. Bildirlib ki, rayonda 50 məktəndən 18-i yenidən tikilib, 3 məktəb üçün yeni binaların tikilməsi məqsədiylə layihə-smeta sənədləri hazırlanır. Bütün bunlarla yanaşı yeni dərs ilində rayonun 11 məktəbində 13 fənn müəlliminə ehtiyac duyulduğu vurğulanıb. Xüsusən dağ kəndlərində pedaqoq qıtılığı daha qabarıq şəkildə özünü göstərir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə