Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2013-cü il sentyabrın 2-də Şirvan şəhərində vətəndaşları qəbul edib. Komissiyadan SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu TQDK-nın Şirvan şəhərində yerləşən regional bölməsinin inzibati binasında təşkil olunub və qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib, problemləri araşdırılıb. Müraciətlərin çoxu bölgə əhalisinin təhsil, təlm-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub.Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bəzi vətəndaşların Komissiyanın səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB