Mikayıl Cabbarov: “Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirilir”
"Azərbaycan gənc və qədim xalqa mailk olan ölkədir. Dünya miqyasında ölkəmizin əhalisi getdikcə artır. Hesab edirəm ki, yalnız savadlı şəxslər ölkəmizi irəliyə apara bilər. Təhsil çox böyük investisiyadır. Biz təhsil sistemini cəmiyyətin ehtiyaclarına uyğunlaşdırmalıyıq. Təbii ki, burada beynəlxalq münasibətlər də mühüm rol oynayır. Bir sözlə, Azərbaycanda gənclərə ixtisas seçimində hərtərəfli dəstək göstərmək lazımdır". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumunun Azərbaycan Diplomatik Akademiyasında keçirilən "Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: mürəkkəb vəziyyətdən şıxış yolu" adlı paneldə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, yüksək intellektli kadrlar Azərbaycanın inkişafının lokomotivinə çevriləcəklər: "Biz öz potensialımızı artırmaqla yanaşı, qonşu dövlətlərlə dostluq münasibətləri qururuq. Azərbaycanda təhsilin inkişafına da böyük diqqət yetirilir, təhsilin səviyyəsinin qaldırılması əsas strategiyalarımızdan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB