TQDK-nın sədri Şirvanda vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə Məleykə Abbaszadə bu gün Şirvan şəhərinə gələrək öncə İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra TQDK-nın yeni regional inzibatı binasının açılışını bildirən qırmızı lenti kəsərək daxili otaqlarda yaradılmış vəziyyətlə tanış olublar.
TQDK sədri M.Abbaszadə yerli təhsil işçiləri ilə görüş keçirərək onlarla fikir mübadiləsi aparıb. M.Abbaszadə ətraf rayonlardan olan 24 vətəndaşı qəbul edərək onların problemlərini dinləyib. Vətəndaşlara lazımı arayışlar verildikdən sonra qaldırılan məsələlərin həlli üçün müvafiq göstərişlər verilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB