Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlər planına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da təhsil müəssisələrinin tikintisi və yenidən qurulması sürətlə davam etdirilir. Dövlət Proqramına müvafiq olaraq rayonda son beş ildə 18 yeni məktəb binası istifadəyə verilib, 22 təhsil müəssisəsi isə əsaslı təmir edilib. 13 məktəbin tikintisi isə davam etdirilir. Lerik rayon İcra Hakimiyyətindən SİA-nın Cənub bürosuna verilən məlumata görə, bu müddətdə həmçinin 3 uşaq bağçası inşa edilib, 1 bağça isə əsaslı təmir olunub.
Qeyd edək ki, bu yaxınlarda biz rayonun ən ucqar dağ kəndlərindən olan Nısoya baş çəkdik. 60 –cı illərdə yerli sakinlərin gil və ağacdan tikdiyi məktəb binası artıq yarasız hala düşüb. Sakinlərin dediyinə görə, İcra başçısı Rövşən Bağırovla görüşdə sakinlər yeni məktəbin tikilməsi xahişi ilə rayon rəhbərliyinə müraciət ediblər. İcra başçısının göstərişi ilə daxili imkanlar hesabına cəmi 6 şagirdin oxuyacağı məktəb üçün binanın tikilməsinə başlanıb. Sentyabrın 15-də istifadəyə veriləcək məktəbdə son tamamlama işləri gedir. Təhsil şöbəsi məktəbi lazımı avadanlıq və dərs ləvazimatları ilə təmin edib. Qısa müddət ərzində görülən işlər kənd sakinlərinin böyük sevincinə səbəb olub.
Yerli sakinlər Lerik rayonun kiçik bir kəndi olan Nısoya göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Əlavəedək ki, yeni tədris ilində rayonda dövlət vəsaiti hesabına 7 və daxili imkanlar hesabına tikilən 5 kənddə məktəb binalarının istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda bu məktəblərdə son tamamlama işləri gedir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB