"Əgər tələbələrimiz dünyanın ən yaxşı ali təhsil ocağında bilik əldə edirsə, Azərbaycanın təbliğatının aparılmasını həyata keçirirsə, vətənə dönərək öz bacarıqlarından istifadə edərək Azərbaycanın inkişafına səylərini sərf edirlərsə, demək investisiyalar düzgün yatırdırılır". SİA-nın xəbərinəı görə, Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan təhsil naziri Mikayıl Cabbarov belə deyib. Nazir qeyd edib ki, müasir qloballaşan dünyada bilikli, yaradıcılıq istedadı olan şəxslərin sayının artırılması gələcəyə sərmayədir: "Biz çalışırıq ki, gələcəkdə də xaricə təhsil üçün qəbul imtahanlarını maksimum səviyyədə şəffaf keçirək".
Mikayıl Cabbarov deyib ki, azərbaycanlı gənclərin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təhsil xərclərinin verilməsi üçün onlara plastik kartlar paylanacaq: "Həmin tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsində bəzi problemlər, bürokratik əngəllər ortaya çıxırdı. Biz artıq hesab edirik ki, bu problemin çox sadə həlli yolu var. Tələbələr təhsil xərclərini mərkəzləşdirilmiş qaydada alsınlar, plastik kartlarla təmin edilsinlər".
Bu ildən etibarən kitab fondu layihəsinin həyata keçiriləcəyini deyən nazir qeyd edib ki, məqsəd hər bir kitabxanada Azərbaycan barədə təqdidatları özündə əks etdirən kitabxananın olmasına şərait yaratmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB