TQDK-dan ali məktəblərə qəbul olunanlara daha bir ŞANS

TQDK-dan ali məktəblərə qəbul olunanlara daha bir ŞANS

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini (29 avqust 2013-cü il saat 17:00-dək) nəzərə alaraq qeydiyyatın son müddətinin 4 sentyabr 2013-cü il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, qeyd olunan müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaqdır və bu müddət uzadılmayacaq.

Xatırladaq ki, abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə