11 illik bazadan ali məktəblərin vakant yerlərinə qəbul olanların NƏZƏRİNƏ!

11 illik bazadan ali məktəblərin vakant yerlərinə qəbul olanların NƏZƏRİNƏ!

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsil müəssisələrinə qəbul olan abituriyentlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər sentyabrın 4-dək qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə