Ali məktəblərə qeydiyyat bu gün başa çatır

Ali məktəblərə qeydiyyat bu gün başa çatır

Ali məktəblərin bakalavr pilləsinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti bu gün başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar. Əgər onlar bu gün qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.

Xatırladaq ki, ali məktəblərin bakalavr pilləsinə qeydiyyat avqustun 20-dən başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə