Kolleclərə qəbul olanların NƏZƏRİNƏ!

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib. SİA xəbər verir ki, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müraciərdə bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə