Mikayıl Cabbarov: "Yay tətili şagirdlərin bilik səviyyəsinə təsir edir"
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda tədris müddətinin az, yay tətilinin isə çox olduğunu deyib. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında nazir bildirib ki, bu il dərs ilinin məhz sentyabr ayının 16-da başlayacağı barədə qərar birmənalıdır. Mikayıl Cabbarov qeyd edib ki, bütün bunlara baxmayaraq, 3 ay yarım yay tətili şagirdlərin istirahət üçün çox uzun müddətdir: "Bu sahədə əsas problem məktəb proqramının həcminin azalmamasıdır. Ən azı 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəldən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi. Amma bu il tədris sentyabrın 16-da başlayacaq və tədris həftəsi də 5 günlük olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB