Təhsil Naziri: "Bu prosesi yalnız attestasiya xətrinə keçirilməməlidir"

Təhsil Naziri: "Bu prosesi yalnız attestasiya xətrinə keçirilməməlidir"

"Müəllimlərin attestasiya prosesi yalnız attestasiya xətrinə keçirilməməlidir". SİA-nın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində belə deyib. Nazir bildirib ki, nazirlik müəllimlərin attestasiyası məsələsinə təhsilin keyfiyyəti prizmasından baxmaq istəyir: "Bu nöqteyi-nəzərdən müəllimlərin bilik səviyyələrinin müəyyənləşdirilməsi mühümdür. Sirr deyil ki, hazırda təhsilin keyfiyyəti bizi tam qane edən səviyyədə deyil. Bunu bir sıra amillər - həm məzunların göstəriciləri, həm bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanlar, həm ali təhsilli mütəxəssislərin peşəkar səviyyəsində istədiyimiz standartlardan olan fərqlər və digərləri göstərdi. Bu prizmadan biz müxtəlif yollara, üsullara baxırıq. Bütün bunların mərkəzində təhsilin keyfiyyətinin artırılması və bu məqsədlə müəllimlərin sertifikasiya, ixtisasartırma kurslarının təşkili, onların daimi hazırlıq təşəbbüslərinin həyata keçirilməsi kimi məsələlər nəzərdən keçriilir".

Bütün xəbərlər Facebook səhifəmizdə