Çində 18, Rusiyada 27 azərbaycanlı tələbə dövlət hesabına təhsil alacaq
Təhsil Nazirliyində Rusiya Federasiyası və Çin Xalq Respublikasının ali məktəblərində müvafiq ikitərəfli sənədlər əsasında təhsil almaq hüququ qazanmış tələbələrlə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2013-2014-cü tədris ilində Rusiyanın ali məktəblərində 27, Çinin ali məktəblərində isə 18 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil almaq hüququ əldə edib.
Görüşdə tələbələr təbrik olunub və onlara təhsildə uğurlar arzu edilib. Həmin tələbələrin təhsil alacaqları ölkələrdə Azərbaycanı layiqincə edəcəklərinə və vətənə qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi respublikamızın inkişafı prosesinə töhfə verəcəklərinə əminlik ifadə olunub.
Daha sonra görüşdə iştirak edən tələbələrə təhsil alacaqları ölkə və ali məktəblərlə bağlı zəruri məlumatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB