TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanın nəticələrini açıqladı

TQDK orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanın nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, abituriyentlər nəticələri komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 39 551 abituriyent ərizə verib. Onlardan 15 986 nəfəri oğlan, 23 565 nəfəri isə qızdır. 38 540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 283 nəfəri artıq orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir. 114 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent isə 2001-ci il təvəllüdlüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə