Ümumi orta təhsil səviyyəsində tələbə qəbulu üzrə say həddi artırılıb

Ümumi orta təhsil səviyyəsində tələbə qəbulu üzrə say həddi artırılıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil səviyyəsi üzrə müsabiqədə iştirak üçün ərizə verənlərin sayının əvvəlki illərlə müqayisədə kəskin şəkildə artmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyaya qəbul planlarının artırılması barədə müraciət edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Təhsil üzrə Komissiya tərəfindən həmin müraciət nəzərə alınaraq orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla tələbə qəbulu planlarının ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) say həddi artırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə