"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən avqustan 25-də keçirilən 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının protokollarının və cavab kartlarının emalı aparılır". TQDK mətbuat xidmətinin katibi Elnur Nağızadə SİA-ya açıqlamasında belə deyib. O bildirib ki, imtahan nəticələri yaxın iki gün ərzində ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. Onlardan 15986 nəfərini oğlanlar, 23565 nəfərini qızlar təşkil edir. 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 283 nəfəri artıq orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir.
Mərkəzləşmiş qaydada Respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı, Tovuz və Xaçmazda keçirilən imtahan üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbəri, 3314 nəzarətçi-müəllim ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB