Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə vətəndaşlarla görüşəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2013-cü il sentyabrın 2-də Şirvan şəhərində, sentyabrın 3-də isə Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şirvan şəhərində keçiriləcək qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri iştirak edə bilərlər.

Ağcabədi şəhərində keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Tərtər, Bərdə, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://tqdk.gov.az/sedrinqebulu) xahiş olunur

Bütün xəbərlər Facebook səhifəmizdə