Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (ARDNŞ) xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, perspektivli gənclərin Dövlət Neft Şirkətinin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilməkdədir. İclasda Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Royal Hollovey, Şefild, eləcə də Türkiyənin Orta Doğu Texniki Universitetində təhsillərini uğurla başa vurmuş Əskər Məmmədbəyli, Qalib Musayev, Həbib Süleymanov, Nicat Xalıqov tədrisdə qazandıqları nailiyyətlər, həmçinin təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə Komissiya üzvləri qarşısında ətraflı təqdimatla çıxış ediblər. Daha sonra ARDNŞ-nin Təqaüd Proqramına qoşulmaq üçün müraciət etmiş 8 namizəd Komissiya üzvlərinin suallarını cavablandırıb, seçdikləri ixtisas və ali təhsil ocaqları barədə ətraflı məlumat veriblər. Komissiyaya müraciət etmiş tələbələrdən 5-i magistr, 3-ü isə bakalavr dərəcəsi olmaqla mühəndislik, iqtisadiyyat, gəmiçilik və insan resursları ixtisasları üzrə Böyük Britaniya, Türkiyə və Ukrayna universitetlərində təhsil almaq arzusundadırlar. Komissiyanın müsbət rəyini almış 5 magistr, 2 bakalavr şirkətin maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsillərini davam etdirəcəklər.
Bundan əlavə Komissiya iclasda bir sıra cari məsələlərə baxıb və müvafiq qərarlar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB