Təhsil Naziri şimal bölgəsinin vətəndaşlarını qəbul edəcək

Təhsil Naziri şimal bölgəsinin vətəndaşlarını qəbul edəcək

Bu gün təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın şimal bölgəsinin vətəndaşları ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, saat 11:00-da keçiriləcək görüşdə nazir Siyəzən şəhərindəki Gənclər Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə