Məleykə Abbaszadə abituriyentlərə müraciət edib

Məleykə Abbaszadə abituriyentlərə müraciət edib

"Ali təhsil müəssisələrinə birinci mərhələdə qəbul olunan 33799 abituriyentin 40%-i qəbul olunduğu ali məktəbdə qeydiyyatdan keçib". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında belə deyib. Komissiya sədri bildirb ki, son məlumata əsasən Bakı Dövlət Universitetində 52%, Dövlət Neft Akademiyasında 51%, Azərbaycan Texniki Universitetində 52%, Memarlıq və İnşaat Universitetində 69%, Tibb Universitetində isə 54 % abitiruyent qeydiyyatdan keçib: "Təəssüfləndirici haldır ki, Azərbaycan Müəllimlər institutunun Sumqayıt və Cəlilabad filiallarında 27 % abituriyent qeydiyyatdan keçib".

Məleykə Abbaszadə məsələ ilə bağlı abituriyentlərə müraciət edərək bildirib ki, onlar ali məktəblərdə qeydiyyatdan keçməyə tələsməlidirlər: "Avqust ayının 29-da qeydiyyat başa çatır. Məsləhət görərdim ki, abituriyentlər ali məktəblərdə qeydiyyatdan keçmək məsələsini son günə saxlamasınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə