"Abituriyentlərin çoxu heç 100 bal da toplaya bilmir"

"Abituriyentlərin çoxu heç 100 bal da toplaya bilmir"

"Ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərə təqdim olunan sualların çətin olduğunu düşünənlər yanılırlar". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib.

Komissiya sədrinin sözlərinə görə, hər bir ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında abituriyentlərə təqdim edilən sualların 50 faizi asan olub: "Abituriyentlərin hər biri bu suallara cavab versəydi minimum 300 mal toplaya bilərdilər. Humanitar fənlərin çoxluq təşkil etdiyi qrupda isə həmin suallara cavab verməklə 350 bal toplamaq mümkün idi. Çünki həmin qrup üzrə abituriyentlərə məsələlələr təqdim edilmir. Lakin əsas məsələ budur ki, abituriyentlərin çoxu heç 100 bal da toplaya bilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə