Məleykə Abbaszadə: "Cənub bölgəsində qızların təhsilə marağı aşağıdır"
"2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak edən abituriyentlər arasındakı cins tendensiyası Azərbaycanın cənub bölgəsində pozulur". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında belə deyib.
Komissiya sədri bildirib ki, bu il də 9 illik bazadan qəbul imtahanlarında iştirak edəcək abituriyentlər arasında ümumilikdə qızlar oğlanlardan üstünlük təşkil edir. Bölgələr üzrə də qəbulda iştirak edəcək abituriyentlərin tərkibinə nəzər yetirsək görərik ki, yenə də qızlar oğlanlardan üstünlük təşkil edir: "Lakin cənub zonasında bu tendensiya pozulur. Belə ki, Masallı şəhərində bu abituriyentlərin cins tərkibinin 800 nəfərini oğlanlar, 677 nəfərini isə qızlar təşkil edir. Digər cənub şəhərlərimizdə isə qızlar çox az nisbətlə oğlanlardan üstünlük təşkil edirlər. Nəticə etibarilə deyə bilərəm ki, hələ də ölkənin cənub regionunda təhsilə qarşı olan maraq digər regionlarla nisbətlə aşağıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB