TQDK sədri abituriyentlərin bilik səviyyəsinə münasibət bildirib
"Ötən illə nisbətdə 11 illik bazadan imtahan verən bu ilki abituriyentlərin bilik səviyyəsində müsbət istiqamətdə dəyişiklik baş vermədi". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, bir sıra fənlərdə abituriyentlərin bilik səviyyəsində artımlar və azalmalar müşahidə olunub: "Abituriyentlərin bilik səviyyəsində ümumilikdə müsbət istiqamətdə irəliləyiş yoxdur. Lakin bir müsbət hadisə var ki, onların bilik səviyyəsi aşağı düşməyib".
Məleykə Abbaszadə orta məktəbi qızıl medalla bitirən məzunların qəbul imtahanlarında aşağı nəticə göstərməsi məsələsinə də münasibət bildirib: "Orta məktəbi qızıl medalla bitirən abituriyentlərdən də qəbul imtahanlarında aşağı nəticə göstərənlər oldu. Onlar arasında 473, 411, 408, 400, 333, 324, 319, 318, 264, hətta 140 bal toplayan abituriyentlər də var. TQDK məsələ ilə bağlı siyahını Təhsil Nazirliyinə təqdim edəcək. Hesab edirəm ki, Nazirlik məsələni araşdıracaq, bu barədə təhsil şöbələri və məktəblərlə müzakirələr aparacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB