"Bu gün 11 illik bazadan 2013-2014-cü tədris ili üçün ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanacaq". SİA-nın xəbərinə görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə belə deyib. O bildirib ki, 21 400 nəfərin ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsilli müəssisələrə seçimi gözlənilirdi: "Lakin son məlumatlara əsasən, 10 495 abituriyent ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi edib. Say az olsa da, bu, normal haldır".
Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün saat 11:00-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB