Bu il abituriyentlərin sayı rekord həddə çatıb

Bu il abituriyentlərin sayı rekord həddə çatıb

"Bu il ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 39551 abituriyentin iştirak etməsi gözlənilir. Bu son illərdə sözügüdən kontingent üçün keçirilən imtahanlarda iştirak edəcək abituriyentlərin sayının rekord həddə çatması deməkdir". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

Komissiya sədrinin sözlərinə görə, avqustun 25-də 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlərdən 15986 nəfəri oğlanlar, 23565 nəfəri qızlar təşkil edir. Orta ixtisas təhsili müəssisələrinə sənəd verən 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verən abituriyentlərin 283 nəfəri orta ixtisas təhsili müəssisələrinin məzunu olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir.114 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent isə 2001-ci il təvəllüdlüdür: "Qəbul mərkəzləşdirilmiş qaydada respublikanın 12 şəhərində-Bakı, Naxçıvan, Gıncə, Sumqayıt, Mingəcdevir, Şəki, Ağcabədi, Göycay, Şirvan, Salyan, Lənkəran, Tovuz, Masallıda və Xacmazda keçiriləcək. İmtahanın keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbri , 3314 nəzarətçi-müəllim ayrılıb".

Məleykə Abbaszadə bildirib ki, bu il də ötən illərdə olduğu kimi qəbul imtahanına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə