Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, saat 11:00-da yekunlaşan ixtisas seçiminin nəticələrinə dair məlumatlar ilk olaraq Komissiyanın facebook səhifə yerləşdiriləcək.
Qeyd edək ki, ali məktəblərin boş qalan (vakant) yerlərinə ixtisas seçimi 18 avqust tarixindən başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB