Vətəndaşların nəzərinə!

Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 27 avqust 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə