Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul imtahanında iştirak edəcək abituriyentlərə müraciət edib. Koissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müraciətə əsasən avqustun 25-də ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanında şəkilsiz şəxsiyyət vəsiqəsi ilə (16 yaşı tamam olmayan abituriyentlər) iştirak edəcək abituriyentlər özləri ilə imtahana təhsil aldıqları məktəbin möhürü ilə təsdiq olunmuş şəkilli arayış da gətirməlidirlər.
Qeyd edək ki, ölkə üzrə 9 illik bazadan orta ixtisas məktəblərinə 39510 abituriyent sənəd verib. Onlardan 38509 nəfəri Azərbaycan bölməsinin, 1001 nəfəri isə Rus bölməsinin məzunlarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB