Ali məktəblərin vakant yerlərinə 8247 nəfər ixtisas seçimi edib

Ali məktəblərin vakant yerlərinə 8247 nəfər ixtisas seçimi edib

"Bu gün saat 15:00-a olan məlumata görə, ali məktəblərin boş qalan (vakant) yerlərinə, 8247 nəfər ixtisas seçimi edib". SİA-ya açıqlamasında TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə belə deyib. Onun sözlərinə görə, bu abituriyentlərdən 2278 nəfər I qrup, 1187 nəfər II qrup, 4150 nəfər III qrup, 632 nəfər isə IV qrupa sənəd verən abituriyentlərdir.

Qeyd edək ki, ali məktəblərin boş qalan (vakant) yerlərinə ixtisas seçimi avqustun 18-dən 22-dək başlayıb və seçim internet vasitəsilə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə