Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesi Bakı şəhərində artıq başlanılıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, indiyədək 2300 nəfərdən çox valideynin ərizəsi qeydiyyata alınıb, 600 nəfərdən yuxarı uşaq müsahibədən keçirilib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib: "Bununla belə, ərizələrin qəbulu davam edir və avqustun 20-də başa çatacaq".
Məlumata əsasən, ən çox müraciət Bakı şəhərindəndir: "Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərindən, Abşeron, Qazax, Şəki, Tovuz, Zərdab, Yevlax, Goranboy rayonlarından da müraciətlərin sayı digər bölgələrə nisbətən çoxdur. Ümumiyyətlə, avqustun 12-nə olan məlumata görə, respublika üzrə müraciətlərin sayı 4000-dən artıqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB