Xaricdə təhsil alan şəxslər Azərbaycanda işləyə biləcəkmi?

Xaricdə təhsil alan şəxslər Azərbaycanda işləyə biləcəkmi?

Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin Azərbaycanın ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbulu məsələsinə aydınlıq gətirib. SİA-nın məlumatına görə, nazirliyin məlumatında bildirilib ki, Avropa ölkələrində orta təhsil alan şəxs Azərbaycanda hansısa ali və orta ixtisas təhsili müəssisəsinə sənəd vermək üçün ərizə ilə birlikdə sənədini Təhsil Nazirliyinə təqdim etməlidir.

Yalnız xaricdə verilən təhsil sənədinin Azərbaycandakı müvafiq təhsil sənədinə ekvivalentliyi müəyyən edildikdən sonra həmin şəxs ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə