Təhsil Nazirliyi Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşlara müraciət edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 24 avqust 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Gənclər Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB