2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılmışdı. 12-16 avqust 2013-cü il tarixlərində keçirilmiş müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunub.
19 avqust 2013-cü il tarixdə saat 10:00-da müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanıb. Vakant yerlərin seçim prosesi 21 avqust 2013-cü il saat 18:00-da başa çatdırılacaq.
Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər. Əlavə yerləşdirmənin nəticələri haqqında müvafiq məlumat 21 avqust 2013-cü il tarixdə saat 19:00-da dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB