36166 abituriyent ixtisas seçimi aparıb YENİLƏNİB

36166 abituriyent ixtisas seçimi aparıb YENİLƏNİB

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2013/2014-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 16-da saat 11:00-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, I ixtisas qrupu üzrə Azərbaycan bölməsində 10165, Rus bölməsində 1282 abituriyent, II ixtisas qrupu üzrə Azərbaycan bölməsində 8829, Rus bölməsində 1463 abituriyent, III ixtisas qrupu üzrə Azərbaycan bölməsində 9798, Rus bölməsində 913 abituriyent, IV ixtisas qrupu üzrə Azərbaycan bölməsində 3358, Rus bölməsində 358 abituriyent ixtisas seçimi edib: "Ümumi qruplar üzrə isə Azərbaycan bölməsində 32150, Rus bölməsində 4016, cəmi 36166 abituriyent ixtisas seçimi aparıb".

Qeyd edək ki, yerləşdirmənin nəticələrinin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə