Bu gün saat 11:00-da abituriyentlərin ixtisas seçimi və ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ali məktəblərə qəbulun nəticəsi 3 gün ərzində məlum olacaq.
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı isə avqustun 25-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə