Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək

Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlərə kömək məqsədilə sınaq imtahanları keçirəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sınaq imtahanları avqustun 17-də baza fənləri üzrə, avqustun 18-də isə ixtisas fənlərindən olacaq.

Qeyd edək ki, İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat internet vasitəsi ilə avqustun 7- dən 14-dək aparılıb və 680 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanları Bakı şəhərində keçiriləcək. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər:

Məlumatda bildirilib ki, imtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır! Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq. İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə