Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi (TQDK) ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulunun son müddəti 16 avqust saat 11:00 dək uzadılıb.
Müraciətdə bildirilib ki, abituriyentlərin ərizələri qeyd olunan vaxta qədər internet vasitəsilə doldurulmalı və təsdiq edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB