9 illik bazadan 37 mindən çox abituriyent qeydiyyatdan keçib

9 illik bazadan 37 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu gün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, abituriyentlərin TQDK-nın İnternet saytının müvafiq səhifəsində qeydiyyatdan keçməsi davam edir: "Bu gün saat 11:00-a qədər olan məlumata görə, 37 mindən çox abituriyent qeydiyyatdan keçib".

Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün iyulun 17-dən avqustun 15-dək internet vasitəsilə ərizə qəbulu aparılır. Abituriyentlər TQDK-nın İnternet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasına daxil olur və onu doldururlar.

Bütün xəbərlər Facebook səhifəmizdə