Abituriyentlərin ixtisas seçimi bu gün saat 00:00-da başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, artıq 35 mindən çox abituriyent öz ixtisas seçimini edib: "Bu gün saat 11:00-a qədər 35908 abituriyent ali məktəblərə ixtisas seçimini edib".
Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2013-cü il avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB