"Uzun illər təhsil sahəsində çalışan bir mütəxəssis kimi deyə bilərəm ki, ölkədə qiyabi təhsil heç vaxt ləğv olunmayacaq". SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov bunu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələcəkdə qiyabi təhsilin forması dəyişilərək distant təhsillə əvəz olunacaq.
Təhsil haqlarına da toxunan rektor, növbəti tədris ili üçün qiymətlərin artırılmadığını deyib. Abel Məhərrəmov yaxın gələcəkdə hətta ali təhsilin tamamilə pulsuz olacağını da qeyd edib.
Xatırladaq ki, Abel Məhərrəmov BDU-nun Qubada bir neçə gün öncə yanan düşərgəsinə baxış keçirib. Rektor bildirib ki, yanan bina istismara yararsız olduğu üçün sökülməli idi.
Qeyd edək ki, düşərgədə universitetin yeni təlim-tədris bazası inşa olunur. Artıq binada son tamamlama işləri gedir. Yeni binada 500 tələbə üçün eyni vaxtda həm qalmaq, həm də təcrübə aparmaq imkanı yaradılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB