TQDK-nın virtual ödəmə kartlarını necə əldə etmək olar?

TQDK-nın virtual ödəmə kartlarını necə əldə etmək olar?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarını plastik kartdan istifadətməklə http://system.goldenpay.az/tqdk/index.jsp və http://tqdk.3dsecure.az/?agent=tqdk, NETMONEY kartlarından istifadə etməklə isə http://www.netmoney.az/ (http://www.portmanat.az/) İnternet ünvanlarından eldə etmək olar. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 2 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını (qiyməti 3 AZN) SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. TQDK abituriyentlərdən virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı xahiş edir. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.

Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən "Elektron ərizə vermək üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. Bunun üçün 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır.

Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7735 nömrəsindən "Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı" əldə edib seriya nömrəsini və Pin kodu unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər. Bunun üçün 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır.

Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə